25 yanvar 2011 12:42

Paulius Qribauskasın qayıdışı apreldən sonraya qaldı

"Neftçi"nin qapıçısı Paulius Qribauskas Antalyada təşkil olunan ikinci təlim-məşq toplanışına da qatıla bilməyib. Azerisport.az xəbər verir ki, bu, litvalının zədəsini hələ tam sağalda bilməməsi ilə əlaqədardı.
 
Flaqman rəhbərliyi tərəfindən futbolçunun tez sağalıb, sıraya qayıtması üçün istənilən şərait yaradılıb. Klub rəsmiləri, məşqçilər korpusu mütəmadi olaraq, Qribauskasın durumu ilə maraqlanırlar. Hazırda öz vətənində müalicəsini davam etdirən 27 yaşlı qapıçı "Neftçi"nin rəsmi saytına açıqlamasında yaşıl meydançalara gec qayıdacağını söyləyib:
 
"Bir müddət öncə diz nahiyəmdən cərrahiyyə əməliyyatı keçirmişəm. Həmin vaxt həkimlər 6 aya sağalacağım barədə rəy vermişdilər. Antalyadakı təlim-məşq toplanışına qatılmaq istəsəm də, həkimlərin rəyinə əsasən, təxminən mart-aprel aylarında məşqlərə başlaya bilərəm. Təbii ki, bu vəziyyət mənə çox pis təsir göstərir. Çünki indi sevimli komandam "Neftçi"nin sıralarında olmaq, Premyer Liqanın qarşıdakı gərgin oyunlarında kömək etmək istərdim. Ümidvaram ki, tezliklə sağalıb, flaqmanın heyətinə qayıdacağam. Klub rəsmiləri daima mənimlə əlaqə saxlayırlar, müalicəmi diqqət mərkəzində saxlayırlar”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.