25 yanvar 2011 12:54
Rednikin Rumıniyadan həkim gətirmək cəhdləri alınmır
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik komandasına Rumıniyadan həkim gətirmək istəyir. Azerisport.az xəbər verir ki, Boris Xetaqirovla yollarını ayırandan bəri hələ də bu posta yeni həkim gətirə bilməyən cənub klubunun çalışdırıcısı, həmyerlisinə güvənmək arzusundadı.
Rumıniya mətbuatının yazdığına görə, Rednik Buxarest “Rapid”inin baş həkimi Marian Dumitru ilə danışıqlar aparsa da, klub rəhbərliyinin ona daha sərfəli təklif irəli sürməsi, ölkəmizə gəlmək istəyini arxa plana keçirib. Bundan sonra isə “Xəzər Lənkəran”ın baş məşqçisi “Politehnica”da çalışan Maius Praley və “Astra”nın həkimi Qabriel Kopaççiyə üz tutub. Onların qərarının necə olacağı isə hələ dəqiq bilinmir.
