26 yanvar 2011 00:47
Turan Ukrayna klubuna qalib gəldi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Turan” növbəti yoxlama matçını keçirib. Azerisport.az xəbər verir ki, öncə Tovuz klubunun dünənə nəzərdə tutulan Ukrayna “Obolon”u ilə görüşünün qardaş ölkədəki güclü yağışlar səbəbindən baş tutmayacağı bildirilsə də, son anda bu qarşılaşma baş tutub.
İlk yarı bərabər səviyyəli mübarizə şəraitində keçsə də, hesabı rəqib komanda açıb. Lakin Ukrayna təmsilçisinin qol sevinci uzun çəkməyib. Georgi Çediya hesabı bərabərləşdirib. Fasilədən sonra Tovuz klubunda baxışda olan Georgi Beriaşvili də həmyerlisindən geri qalmayıb və qələbə qoluna imza atıb - 2:1.
