26 yanvar 2011 13:25
Hollandiyalı futbolçu Azərbaycandan imtina edə bilər
Hollandiyanın “Vitess” klubunun müdafiəçisi Jeron Drost Azərbaycan çempionatında iştirakdan imtina edə bilər. Azerisport.az xəbər verir ki, Hollandiya mətbuatı həmin oyunçunun konkret hansı klubumuzun maraq dairəsində olduğunu yazmayıb.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi ilə Polşanın “Poloniya” klubunun da maraqlandığı bildirilir. Lakin onun hazırkı komandasında qalmaq ehtimalı daha yüksək qiymətləndirilir.
