26 yanvar 2011 13:38
Latviyalı futbolçu Azərbaycan mətbuatını təhqir etdi
Bir müddət öncə Latviya mətbuatı “Ventsplis”in hücumçusu Andrey Butriksin “Bakı”da baxışda olduğunu yazmışdı. Azerisport.az xəbər verir ki, futbolçu özü isə bu xəbərləri təkzib etməklə yanaşı, Azərbaycan mətbuatını təhqir edib: “Mənim “Bakı”da olmağım haqda yazılanlar yalandı. Görünür, Azərbaycan mətbuatı həddən artıq emosionaldı və təəccüblü deyil ki, belə axmaq şeylər yazırlar”.
Onun Latviya mətbuatına verdiyi müsahibədəki digər sözlərinə görə, əslində “Bakı”da yox, “Muğan”da baxışda olub: “İki həftəlik baxışda oldum. Ancaq onlara daha çox hazır futbolçular lazım idi. Mənsə, təxminən 5 aydı artıq futbol oynamıram. Ona görə də, danışıqlar yaya təxirə salındı”.
