26 yanvar 2011 13:45

Rolan Qusev: Neftçi ilə oyunumuz çox ağır olmuşdu

Ukraynanın "Arsenal" klubunun futbolçusu Rolan Qusev bu gün Türkiyədə yoxlama oyununda üz-üzə gələcəkləri "Neftçi" ilə oyun ərəfəsində bir sıra maraqlı açıqlamalar verib. Azerisport.az xəbər verir ki, Moskva MOİK-inin heyətində 2005-ci ildə UEFA Kubokunun qalibi olmuş 34 yaşlı yarımmüdafiəçi yoxlama matçının maraqlı alınacağına əmin olduğunu söyləyib.
 
- "Neftçi" ilə yoxlama matçı keçirəcəyinizi eşidəndə, bu xəbəri necə qarşıladınız?
- Bunu yaxşı xəbər kimi qarşıladım. Çünki "Neftçi" kifayət qədər tanınmış komandadır. Bu klub haqqında hələ SSRİ dövründə çox danışırdılar, əksəriyyət "Neftçi"ni tanıyırdı. Son illər də "Neftçi" populyar klubdur. Yoxlama matçı olmasına baxmayaraq, fikrimcə, maraqlı mübarizə baş tutacaq. Qafqaz komandaları ilə oyunlar həmişə maraqlı alınır.
 
- Mən birinci sualı təsadüfən vermədim. Siz "Neftçi"yə qarşı heç də ilk dəfə forma geyinməyəcəksiniz. 2004-cü ildə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Moskva MOİK-nin heyətində flaqmana qarşı çıxış etmisiniz. Həmin görüşləri necə xatırlayırsınız?
- İlk oyunumuzu Bakıda keçirdik və bizə çox ağır oldu. Çünki tribunalar dolu idi, "Neftçi"nin xeyli azarkeş dəstəkləyirdi. Bakıdakı qarşılaşmada hesab açılmadığından, yeganə ümid yerimiz Moskvadakı oyuna qalırdı. Təkrar matçda çətinliklə də olsa, 2:0 hesablı qələbə qazanıb, mərhələ adladıq. Birinci qolu Vaqner Lav vurmuşdu. İkinci topu isə mən başla qapıya göndərmişdim.
 
- İndiki "Neftçi" haqqında hansı məlumata maliksiniz?
- Bildiyimə görə, Emil Mpenza və İqor Mitreski "Neftçi"nin heyətində yer alır. Mitreski "Spartak"ın şərəfini qoruyarkən ona qarşı oynamışam. Azərbaycanda "Neftçi", "İnter" kimi komandaların güclü olduğundan xəbərdaram. Açığı, Azərbaycan futbolu haqqında lap geniş bilgiyə malik deyiləm. Mənim bacım İrina "Bakinka" ("Bakılı" - red.) həndbol klubunun şərəfini qoruduğu vaxt, Azərbaycan futbolu ilə yaxından maraqlanırdım. Bacım Azərbaycan yığmasının üzvü Yaşar Vahabzadənin həndbolçu olan həyat yoldaşı ilə rəfiqə idi. Biz o vaxtlar ailəvi yaxın münasibətdə idik.
 
- Mpenza və Mitreskini tanıdığınızı söylədiniz. Bəs Azərbaycan futbolçularından kimisə tanıyırsınızmı?
- Dmitri Kramarenkonu. Düzü, hazırda karyerasını davam etdirənləri tanımıram. İş ondadır ki, Rusiya və Ukraynada Azərbaycan çempionatını televizor vasitəsilə göstərmirlər. Buna görə də sizin futbolçular barədə ətraflı bilgim yoxdur.
 
- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Komandanın yeni qurulmasından və hazırda Azərbaycan çempionatına liderlik etməsindən xəbərim var. Həm də heyətinizdə gənc və perspektivli futbolçuların da çoxluq təşkil etdiyindən bilgiliyəm. Mənə elə gəlir ki, maraqlı görüş olacaq. Amma yəqin ki, matç aşağı tempdə keçəcək. Çünki biz hazırlığa təzə başlamışıq. Hər halda, baxımlı oyun izləyəcəyinizə inanıram.
 
Mənbə: “Neftçi”nin rəsmi saytı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.