26 yanvar 2011 14:00
“Ali Sami Yen”in ardınca, bu yay “İnönü” stadionu da söküləcək
Türkiyənin aparıcı klublarından olan “Galatasaray”ın illərdi xidmətindən yararlandığı “Ali Sami Yen” stadionunun sökülməsinin ardından daha bir köklü klubun – “Beşiktaş”ın da doğma arenası tarixin yaddaşına köçür. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi “İnönü” stadionunun sökülməsi üçün müraciət etdiyi müvafiq qurumlardan artıq lazımı cavabı alıb.
Lakin “Galatasaray” özünə ayrı yerdə stadion inşa etdirdikdən sonra “Ali Sami Yeni” sökdürdüsə, “Beşiktaş” rəhbərliyinin istəyi başqadı. Onlar arenanın söküldükdən sonra, məhz həmin yerdə yeni müasir tipli stadion inşa etdirmək istəyirlər. Bu işlərə artıq bu ilin may ayında start veriləcəyi bildirilir. Ondan sonra stadionun tam hazır olacağı vaxta qədər “Beşiktaş”ın ev oyunlarını harda keçirəcəyi isə hələ bilinmir.
