27 yanvar 2011 01:26
Almaniya kubokunda yarımfinalçılar müəyyənləşdi (YENİLƏNİB)
Almaniya Kubokundan 1/4 final mərhələsinin oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
“Schalke” doğma azarkeşlərinin gözü qarşısında “Nurnberg”lə münasibətlərinə aydınlıq gətirib. Matçın əsas vaxtı 2:2 hesabıyla başa çatdığından, əlavə vaxt təyin olunub. Məhz həmin vaxtda daha bir qol vuran meydan sahibləri adını yarımfinala yazdıran ilk komanda olub.
1/4 final mərhələsinin digər görüşləri isə ikinci oyun günündə keçirilib. "Duisburg", "Energie" və "Bayern" də rəqiblərini məğlub edərək, yarımfinala vəsiqəni rəsmiləşdiriblər.
Almaniya Kuboku
1/4 final
25 yanvar
Schalke – Nurnberg – 3:2 (əlavə vaxtda)
26 yanvar
Duisburg - Kaiserslautern - 2:0
Energie - Hoffenheim - 1:0
Alemannia - Bayern - 0:4
