28 yanvar 2011 02:16
İtaliya kuboku: Roma Juveni səfərdə devirdi (YENİLƏNİB)
İtaliya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, cəmi bir oyundan ibarət olan bu mərhələnin ilk matç günündə “Palermo” doğma meydanda “Parma”yla münasibətlərinə aydınlıq gətirib.
Qarşılaşmanın həm əsas, həm də əlavə vaxtında tərəflər bir-birinin qapısına yol tapa bilməyib. Belədə ilk yarımfinalçının müəyyənləşməsi üçün penalti zərbələrindən istifadə olunub ki, lotoreyada bəxti gətirən meydan sahibləri olub.
İkinci oyun günündə isə milanlılar sevinib. Öncə bu şəhərin eyniadlı təmsilçisi səfərdə "Sampdoria" üzərində qələbə qazanıb. "İnter" isə "Napoli" ilə səfər görüşündə yalnız penaltilər sayəsində qələbə qazanmağı bacarıb.
Nəhayət dünən gecə 1/4 final mərhələsində "erkən final" kimi dəyərləndirilən "Juventus" - "Roma" görüşü baş tutub. Qarşılaşmanın əsas favoriti "Juve" olsa da, daha üstün oyun sərgiləyən "Roma" inamlı qələbə sayəsində adını yarımfinala yazdıran son komanda olub.
İtaliya Kuboku
1/4 final
25 yanvar
Palermo – Parma – 0:0 (penaltilərlə 5:4)
26 yanvar
Sampdoria - Milan - 1:2
Napoli - Inter - 0:0 (penaltilərlə 4:5)
27 yanvar
Juventus - Roma - 0:2
Beləliklə, yarımfinalda aşağıdakı cütlüklər qarşılaşacaq:
Roma - İnter
Milan - Palermo
