26 yanvar 2011 14:43
Mirça Rednik yeni müdafiəçini sınayır
“Xəzər Lənkəran”ın məşqçi korpusu yeni futbolçunu baxışdan keçirir. Azerisport.az xəbər verir ki, baş məşqçi hazırda həmyerlisi Kostmin Frasineskunu sınaqdan keçirir.
25 yaşlı rumıniyalı mərkəz müdafiəçisinin komandada qalıb-qalmayacağına qarşıdakı günlərdə aydınlıq gələcək. Onun ölkəsində “Bistritsa” klubunda çıxış etdiyini də vurğulayaq.
