26 yanvar 2011 14:51
Türkiyə mətbuatı Rəşad Sadıqovu təriflədi
Bülənt Uyğunun baş məşqçi postuna gəlişindən sonra yükəslişdə olmasıyla bütün Türkiyədə özündən söz etdirən “Eskişehirspor” qardaş ölkə mətbuatının gündəmindən düşmək bilmir. Azerisport.az xəbər verir ki, həmkarlarımız millimizin kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi komandanı gündən-günə daha çox tərifləyirlər.
Elə Superliqanın ikinci dövrəsinə də uğurla start verən eskişehirlilərin heyətində artıq Rəşadın da çıxışı xüsusi vurğulanır. Son turda “Gençlerbirliği” üzərində qələbə qazanan “Eskişehirspor”da xüsusilə müdafiə xəttinin etibarlı oyunundan ağız dolusu danışılır ki, bu mənada həmkarlarımızın yazdıqları ilə sizi də tanış edirik:
“Komandanın müdafiəsi divar kimidi. Qapıçı İvesa bu matçda cinah toplarından sonra heç bir top itkisi ilə üzləşmədi. Müdafiədə xüsusilə Nadaraviçin yerinə forma geyən Rəşad Sadıqov, “boşluğu doldura bilirmi” sualına artıqlamasıyla cavab verdi. 29-cu dəqiqədə Zekin topuna zamanında müdaxilə etməklə, “Gençlerbirliği” qoldan etdi”.
