26 yanvar 2011 15:08
Almanların bəyənmədiyi millimizin üzvü rəsmən Qəbələdə
Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, Toni Adamsın komandası bir müddətdi komandada baxışda olan Murad Hüseynovla münasibətlərini rəsmiləşdirib.
Klubla futbolçu arasında imzalanan anlaşmaya əsasən millimizin hücumçusu qarşıdakı iki ili "Qəbələdə" keçirəcək. Müqavilə imzalanan gün Hüseynov üçün əlamətdar olub. Belə ki, yanvarın 25-i ad gününü qeyd edən gənc futbolçu 22-ci ilinə "Qəbələ" ilə addım atıb. Bununla bağlı komandanın Antalyadakı bazasında Muradın şərəfinə tort kəsilib.
Qeyd edək ki, Muradın son klubu Serbiya 1-ci liqasında çıxış edən "Mladost" (Luçani) olub. O, bir müddət öncə Almaniyanın aşağı divizion təmsilçisi “Fortuna”da baxışda olsa da, bəyənilməmişdi.
