26 yanvar 2011 15:27
“Ermənistan və Azərbaycana getmək istəmədim”
“MKT-Araz” və “İnter”in heyətində ölkəmizdə çıxış etmiş belaruslu Vitali Ledenyov Azərbaycandan daha bir təklif alsa da, qəbul etməyib. Azerisport.az xəbər verir ki, bu günlərdə Polşanın “Olimpiya” klubuna keçən forvard bu haqda ölkəsindən olan jurnalistlərə açıqlamasında bildirib:
“İsrail və Ermənistan variantları olsa da, konkret 1 şey yox idi. Ermənistana və Azərbaycana getmək istəmədim. İsraillilərdə maliyyə şərtləri qane edici deyildi. Moldovadan da təkliflər vardı. Ancaq orada “Şerif” və “Daçiya”dan başqa oynayası iddialı komanda yoxdu. Ona görə Polşaya üstünlük verdim”.
