26 yanvar 2011 16:16
Levini Ramiz Məmmədovun komandasına buraxmadılar
Azərbaycanlı baş məşqçi Ramiz Məmmədovun çalışdırdığı “Atırau” transfer etmək istədiyi iki futbolçunun keçidini həll edə bilmir. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin çalışdırdığı bu komanda hələ Türkiyədəki ilk təlim-məşq toplanışında iki gənc futbolçunu heyətində görmək istəyir.
Lakin “Ordabası” ilə müqavilələrinin olması həmin futbolçulara mane olub. Bu haqda Qazaxıstan mətbuatına açıqlamasında məlumat verən həmin oyunçulardan biri – Mərdan Tolebek bildirib ki, həm o, həm də Jenya Levin xidmətlərində maraqlı olan Premyer Liqa klubunda çıxış etməyi çox arzulasalar da, aşağı divizion klubuna məxsus olmaları keçidlərinə problem yaradır.
