26 yanvar 2011 16:38
Toni Adams: İndi ona yeni şans yaranıb
“Qəbələ” futbol klubunun baş məşqçisi Toni Adams “Fulham” komandasının keçmiş forvardı Kollinz Conun yenidən Avropa futboluna qayıtmasını şərh edib. Azerisport.az xəbər verir ki, Britaniya mətbuatına açıqlamasında ingilis mütəxəssis bu oyunçunu komandasına gətirməsiylə bağlı söyləyib:
“Ümid edirəm ki, Kollinz Azərbaycanda da öz oyununu səgiləməyi bacaracaq. Bir neçə il əvvəl o, çox istedadlı futbolçu idi. İndi isə, onun üçün yeni bir şans yaranıb”.
