26 yanvar 2011 17:06
Ramin Musayev: Klublar koreyalı hakimlərdən şikayət etməyəcək
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev koreyalı hakimlərin Azərbaycan Premyer Liqasının oyunlarını idarə etmək perspektivini müzakirə edib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Cənubi Koreya ilə əməkdaşlığa heç də pis baxmıram. Düşünmürəm ki, klublar koreyalı hakimlərdən şikayət edə. Hesab edirəm ki, bu, tamamilə müsbət bir addımdı”.
