26 yanvar 2011 17:26
Abşeron Türkiyədə Almaniya və Qazaxıstan klublarına qalib gəldi
Azərbaycan çempionatının birinci divizionunda qış çempionu olan lider “Abşeron” da hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, artıq Mirbağır İsayevin yetirmələri qardaş ölkədə iki sınaq matçı da keçirməyə imkan tapıb.
Klubun mətbuat xidmətinən verilən məlumata görə, Almaniyanın “Vupertal” klubuna 4:2 hesabıyla qalib gələn “Abşeron” Qazaxıstanın “Akjayik” klubunu da 1:0 hesabıyla məğlubiyyətə uğradıb.
