26 yanvar 2011 11:12
AFFA FİFA-nın ən yüksək sertifikatını istəyir
AFFA tərəfindən Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda UEFA-nın quraşdırdığı süni örtüyün sertifikatlaşdırılması ilə əlaqədar FİFA-nın müvafiq laboratoriyasının üzvləri Bakıda səfərdədir. Azerisport.az xəbər verir ki, onlar süni örtüyə FİFA-nın sertifikatının verilməsi ilə bağlı rəy hazırlayacaqlar.
Qeyd edək ki, AFFA ən yüksək sertifikat olan 2 ulduzun alınması üçün artıq FİFA-ya müraciət edib.
