26 yanvar 2011 20:50
Arif Əsədov: Nəticəyə önəm verməyəcəyik
"Neftçi"nin baş məşqçisi Arif Əsədov Antalyada Ukrayna "Arsenal"ına qarşı keçirilən yoxlama matçından (2:1) sonra fikirlərini dilə gətirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesablı qələbəylə bağlı bunları deyib:
"Arsenal"la görüş ikinci hazırlıq mərhələsinin ilk oyunu idi. Komandamız gərgin məşqlər edir, buna görə də fiziki yükləmələr hiss olunur. Matçın nəticəsindən razı qaldım. Birinci hissədə daha yaxşı oynadıq, çoxlu qol vəziyyətləri yaratdıq və bunların ikisindən yararlandıq. Fasilədən sonra həyata keçirdiyimiz dəyişikliklər isə istər-istəməz oyunun gedişinə təsir göstərdi. Bu qarşılaşmada əsasən gənclərə şans verdik ki, onlar potensiallarını göstərə bilsinlər. Qarşıdakı yoxlama matçlarında da nəticəyə önəm verməyəcəyik. Həm gəncləri sınaqdan keçirəcəyik, həm də müxtəlif taktiki sxemlər üzərində işləyəcəyik".
