26 yanvar 2011 19:15
Neftçi Rusiyada Spartak`la sülh bağladı
Rusiyanın Krasnodar vilayətinin Krımsk şəhərində təlim-məşq toplanışında olan "Neftçi"nin əvəzedici komandası ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri Rusiyanın "Spartak" (Nalçik) klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.
Görüş 1:1 hesabı ilə başa çatıb. Hər iki qol ilk yarıda vurulub. Rəqib komandanın futbolçuları hakimin təyin etdiyi penalti zərbəsindən sonra hesabı açıblar. Çox keçməmiş "Neftçi"dən Ağabala Ramazanov bərabərlik qolunu vurub.
Hazırlıq prosesini fevralın 4-dək davam etdirəcək İqor Getmanın rəhbərlik etdiyi komanda növbəti yoxlama görüşünü yanvarın 28-da "Krasnodar" klubunun əvəzedici heyətinə qarşı keçirəcək.
