26 yanvar 2011 11:44
Vadim Borets: Tam fərqli Bakı görəcəksiz
“Bakı”nın və Moldova yığmasının yarımmüdafiəçisi Vadim Borets azerisport.az saytının sullarını cavablayıb.
- Mövsümə bir məşqçiylə başlasaz da, ində başqasının rəhbərliyi altında çalışırsız. Təəssüratlarınız necədi?
- Nə olursa, hər şey yaxşılığa doğrudu. İlk gündən hər əlindən gələni edir ki, ən yaxşı şəkildə hazırlaşa bilək. Çünki bizim elə çox vaxtımız da yoxdu. Və əgər dəqiqini bilmək istəyirsizsə, hər şey ürəyimcədi. Görünür ki, baş məşqçimiz yüksək səviyyəli mütəxəssisdi. Xüsusilə də nizam-intizam baxımından hər şeyə diqqət yetirir.
- Bəs komandada nə çatışmır?
- Çatışmazlıq yoxdu. Dəqiq deyirəm. Starkovun üslubu mənim çox xoşuma gəlir. Komanda hər məşqdən sonra daha da xoş təsir bağışlayır. Mənə çox xoşdu yeni baş məşqçimizlə işləmək. Belə gedişlə nəticə qazanacağımız da göz önündədi. İşinə tam fərqli yanaşır.
- Nə əcəb Şeferin alman nizam-intizamı komandanızda işləmədi?
- Mən almaniyalı mütəxəssislə olub keçənləri şərh etmək istəmirəm. İndi bütün fikirlərimiz ancaq gələcəklə bağlıdı. Yeni komanda yaranır. Görəcəksiz ki, biz necə oynayacağıq. Yaxşılığa doğru dəyişikliyi elə qazaxlara qarşı görüşdə də hiss etmək olardı.
- Siz moldovalılara indi daha asan olmalıdı. Axı Starkov sizin üçün tanış mütəxəssisdi...
- Mən indi başa düşürəm ki, məşqçinin səninlə başa düşdüyün dildə danışması nə qədər vacib əhəmiyyət daşıyırmış. İstənilən halda sənə tanış olan dildə danışan biriylə işləmək çox asan və fərqlidi.
- Sizinlə ayrıca söhbətlər edir?
- Yox, elə olmayıb. Bizdə vahid komandadı. Azərbaycanlılara, moldovanlara, serblərə hansısa fərq qoymaq söhbəti yoxdu.
- Starkovun komandasına qarşı oynamısız nə vaxtsa?
- Mən heç vaxt “Skonto” və “Şerif”ə qarşı oynamamışam, hansı ki, bizim indiki məşqçimiz çalışdırırdı. Ancaq mənə onunla çalışmaq çox xoşdu.
- Anqulo Ceffersondan imtinanı, eləcə də Jabayla Roşanın cəzalandırılmasını necə qarşıladınız?
- Bu sual mənə aid deyil. Onlar vaxtında geri dönməmişdi. Ondan sonrası da məlum məsələdi ki, artıq komandada deyillər.
- Üç həftə ərzində hər şeyin qaydasına düşməsi mümkündü?
- Mən əminəm ki, biz daha yaxşı oyun sərgiləyəcəyik. Şansımız var və biz sona kimi mübarizə aparacağıq.
