26 yanvar 2011 18:50
Qarabağ Ukrayna klubunu məğlub edə bilmədi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qarabağ" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun bu dəfəki rəqibi Ukraynanın "İllychivets" klubu idi. Oyun 2:2 hesabı ilə bitdi. Qolları Rauf Əliyev və Rəşad Sadiqov vurdular.
Qeyd edək ki, bu, Qurban Qurbanovun komandasının Antalyadakı ilk hazırlıq matçında Qazaxıstanın “Jetısu” komandasına məğlub olmuş (2:3), ardından Türkiyənin aşağı liqa təmsilçilərindən “Erdemirspor”a cəmi 45 dəqiqəyə 8 cavabsız qol vurmuşdu. Belə kəskin səviyyə fərqi ortaya çıxınca isə, ikinci hissənin oynanılmasına ehtiyac duyulmamışdı.
