26 yanvar 2011 00:02

Arif Əsədov: 1-2 mövqenin gücləndirilməsinə ehtiyac var

Neftçi-nin baş məşqçisi Arif Əsədov paytaxt klubunun rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Flaqman Antalyada artıq ikinci təlim-məşq toplanışına başlayıb. "Mardan" İdman Kompleksində məşq üçün yaradılan şəraiti necə qiymətləndirirsiniz?
- Birinci təlim-məşq toplanışındakı məskunlaşdığımız yer də daxil olmaqla hal-hazırda qaldığımız "Mardan" İdman Kompleksində şərait yüksək səviyyədədir. Bura sırf idman kompleksidir, yalnız futbol klubları üçün nəzərdə tutulub. Son hazırlıq mərhələsi olduğundan, bu hal bizə daha sərfəlidir. Futbolçularımız oyunlara yaxşı köklənirlər. Bundan başqa, "Mardan" İdman Kompleksində oyunları təhlil etməkdən ötrü xüsusi otaq var. Məşq meydançası otelə daha yaxındır. Üstəlik, "Mardan Antalyaspor" stadionunun ikinci meydançası yalnız "Neftçi"nin ixtiyarına verilib. Burda bizdən başqa heç kim məşq etmir və oyun keçirmir. Bütün bunlar təlim-məşq toplanışının bir qədər də yaxşı keçməsinə imkan yaradır.
 
- Budəfəki təlim-məşq toplanışına Paulius Qribauskas qatılmayıb. Onun sağlıq durumu nə yerdədir?
- Qribauskasla mütəmadi əlaqədəyik. Ona hələlik məşq etmək olmaz. Cərrahiyyə əməliyyatından təzə çıxıb və yalnız mart-aprel aylarında yüngül məşqlərə başlaya bilər. Yəqin ki, Paulisin xidmətindən mövsümün sonuna qədər yararlana bilməyəcəyik. Buna baxmayaraq, litvalı qapıçıya "Neftçi" rəhbərliyi tərəfindən bütün diqqət və qayğı göstərilir, onun zədəsini sağaltmaq üçün hər bir şərait yaradılıb.
 
- Belə çıxır ki, "Neftçi" daha bir qapıçı ilə müqavilə bağlayacaq?
- Bəli. Hələ ötən təlim-məşq toplanışından ehtiyatımızı görmüşdük. Artıq qapıçı axtarışlarına başlamışıq. Bu mövqeyə bir neçə namizəd var. Hazırda danışıqlar gedir. Çox güman ki, ən yaxın günlərdə bu məsələ həll olunacaq.
 
- Başqa möqveyə transfer olacaqmı?
- Heyətimiz demək olar, tam komplektləşib. Antalyada keçirdiyimiz təlim-məşq toplanışlarında başlıca məqsədimiz oyun üslubunu artırmaq, təkmilləşdirməkdir. Yalnız 1-2 mövqenin gücləndirilməsinə ehtiyac duyulur. Əsasən müdafiəyəmeylli dayaq yarımmüdafiəçisi axtarırıq. Yəqin ki, bu transfer də yaxın günlərdə gerçəkləşəcək.
 
- Ukraynanın "Metallurq" klubunun da "Neftçi" ilə yoxlama matçı keçirmək istəməsinə dair məlumatlar yayılıb. Ola bilərmi ki, flaqmanın hazırlıq planı dəyişsin və yoxlama görüşlərinin sayı artırılsın?
- Yox. Qrafikdən kənara çıxmayacağıq. Planlaşdırdığımız kimi, 4 oyunumuz var. Qalan günlərdə isə komanda iki dəfə məşq edəcək. Hətta oyun günü də məşq edirik. Bir sözlə, qrafiki pozmaq fikrimiz yoxdur. Xatirinizdədirsə, birinci təlim-məşq toplanışında "Rubin" bizimlə matçın başqa vaxta keçirilməsini istəyirdi. Amma biz qrafikdən kənara çıxmadıq və görüşdən imtina etdik. İkinci təlim-məşq toplanışında da ciddi hazırlıq qrafiki qorunub, saxlanılacaq.
 
-  "Neftçi" ilk matçını sabah Ukrayna "Arsenal"ına qarşı keçirəcək. Komandamız bu görüşə hazırdırmı?
-  Şübhəsiz ki, sabahkı (bu günkü – red.) görüşdə nəticə önəm kəsb etmir. Birinci təlim-məşq toplanışında "SKA-Energiya" ilə qarşılaşmada komandamızın müsbət və mənfi tərəflərini gördük. "Arsenal"la matçda çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Bütün futbolçulara şans verəcəyik. Antalyada keçirəcəyimiz 4 yoxlama matçında əsas heyəti müəyyənləşdirəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.