26 yanvar 2011 15:48
Bakı Metallurq`u əridə bilmədi (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Bakı" bu gün qardaş ölkədə növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun bu dəfəki rəqibi Ukraynanın "Metallurq" (Zaporojye) klubu olub.
Qeyd edək ki, bu, yeni baş məşqçi Aleksandr Starkovun rəhbərlik etdiyi “zolaqlılar”ın təlim-məşq toplanışı zamanı keçirdiyi 3-cü sınaq matçı idi. Komanda daha əvvəl Qazaxıstanın "Akjayık" (3:0) və "Şaxtyor" (Karaqanda) (1:1) klubları ilə yoldaşlıq oyunları keçirmişdi.
Yeri gəlmişkən qeyd edək ki, "Bakı"nın qolsuz bərabərliyə razılaşdığı "Metallurq" bu gün başqa heyəti ilə digər təmsilçimiz "Xəzər Lənkəran"la da sınaq matçına çıxacaq.
Yoldaşlıq oyunu
26 yanvar
14:00. BAKI – METALLURQ - 0:0
