26 yanvar 2011 00:14
Bahodir Nasimov: Rubin`i tərk etmək istəyirəm
Özbəkistan millisinin üzvü, Premyer Liqamızın bombardiri Bahodir Nasimov icarə əsasında çıxış etdiyi “Neftçi” ilə məxsus olduğu Rusiyanın “Rubin” klubu arasında onun satışı üçün aparılan danışıqlara münasibətini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Bildiyiniz kimi, mən Azərbaycan klubunda icarə əsasında çıxış edirəm. Ancaq gizlətmirəm ki, burda məni hər şeyi qane edir. Kollektivdən tutmuş prezidentə kimi, hər şey ürəyimcədi. Buna görə də, Rusiya klubunu tərk etməyin və “Nefçti”yə keçməyin əleyhinə deyiləm. Klublar arasındakı danışıqların başa çatmasını gözləyirəm”.
