26 yanvar 2011 00:25
Anji`də daha bir azərbaycanlı!
Rusiyanın “Anji” klubundakı azərbaycanlıların sayı artır. Azerisport.az “Sovetski-Sport”a istinadən xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvlərindən olan Emin Ağayev Mahaçqala klubunun rəisi təyin olunub.
Qeyd edək ki, Emin Rusiyanın “Anji”, “Torpedo-ZİL”, “Baltika”, “Ximki”, Bryansk “Dinamo”su və “Nosta”nın ardından son üç mövsümü Tver “Volqa”sında keçirib. Bu komandanın ötən illər ərzindəki dəyişməz kapitanı olan Ağayev indi də klub rəsmisi olmağa qərar verib ki, “Anji”dən gələn təklif onun üçün göydəndüşmə olub.
Maraq üçün qeyd edək ki, ötən mövsümdən etibarən Mahir Şükürovun top qovduğu bu komandada bir neçə gün öncə millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqov da köməkç kimi fəaliyyətə başlayıb. Eyni zamanda hazırda baş məşqçi Hacı Hacıyev gənclərdən ibarət yığmamızda forma geymiş Rüstəm Abbasov adlı futbolçunu da sınaqdan keçirir.
