26 yanvar 2011 12:26
Ukrayna Azərbaycanın taleyini yaşamaq təhlükəsiylə üz-üzə
FİFA Ukrayna Futbol Federasiyasını cəzalandıra bilər. Azerisport.az xəbər verir ki, bəzi ukraynalı siyasətçilər ölkənin futbol həyatına müdaxilə etdiklərindən, həmçinin federasiya prezidenti Qriqori Surkisin ustefasına çalışdığından, dünya futbol qurumu buna son qoymaq qərarına gəlib.
Lakin FİFA-nın bütün bu baş verənlərə cavabı çox sərt ola bilər. Hətta UFF-nin vaxtilə ölkəmizin yaşadığı aqibətlə üzləşməsi də mümkündü. Belə ki, FİFA rəhbərliyi 2002-ci ildə AFFA-da da oxşar proseslər yaşandığından, klublarımızın beynəlxalq arenalardakı çıxışına iki illik qadağa qoymuşdu.
Dünya futbol qurumu artıq eyni təhdidlə Ukraynaya da açıq məktub göndərib. FİFA rəsmiləri bildirib ki, indiki rəhbərlər istefaya göndərilsələr, UFF-nın yeni rəhbərliyini tanımayacaqlar. Onlar tələblərinin fevralın 4-nə kimi yerinə yetirilməyəcəyi təqdirdə məsələni FİFA-nın müvafiq qurumuna təqdim edəcəklərini xüsusi qeyd ediblər.
Maraq üçün qeyd edək ki, Ukrayna həm də Polşa ilə birgə AÇ-2012-nin şərikli təşkilatçısıdı. FİFA-nın ən sərt üzünü də məhz bu yöndə göstərəcəyi bildirilir. Dünya futbol qurumu UFF-ni üzvlükdən çıxarmaqla, bu ölkənin klublarını qitə miqyaslı yarışlardan uzaqlaşdırmaqla yanaşı, həm də AÇ-2012-nin ev sahibliyindən məhrum edilə bilər.
