26 yanvar 2011 12:32
Mpenza Arsenal`a qarşı oynayacaq
“Neftçi”nin belçikalı forvardı Emil Mpenza zədədən sonra özünə gəlib. Azerisport.az xəbər verir ki bu haqda baş məşqçi Arif Əsədov məlumat verib.
Çalışdırıcıdan aldığımız bilgiyə görə, artıq tam sağalan təcrübəli hücumçu bu gün keçiriləcək Ukraynanın “Arsenal” klubuyla qarşılaşmada forma geyə biləcək: “Lakin biz ona hələlik sadəcə bir hissədə top qovmaq şansı yaratmaq istəyirik ki, çox yüklənməsin”.
