26 yanvar 2011 00:00
Syerra Leone yığmasının üzvü Azərbaycan klubunda
Transfer müddəti ərzində heyətini gücləndirməyə çalışan “Muğan” Syerra Leonr milli yığma komandasının yarımmüdafiəçisi Samuel Barlayı öz heyyətinə cəlb edib. Azerisport.az xəbər verir ki, futbolçu kariyerası ərzində İsveç və Finlandiya çempionatlarında çıxış edən futbolçu milli yığma komandada son matçını 2010-cu ilin oktyabrında Syerra Leone və CAR yığma komandaları arasındakı qarşılaşmada keçirib və və 90 dəqiqə ərzində meydanda olub.
Qeyd edək ki, "Big Sammy" ləqəbi ilə tanınan futbolçu Narsis Yameoqodan sonra “Muğan”da çıxış edən ikinci Afrikalı milli yığma komanda təmsilçisidi.
