26 yanvar 2011 00:38
Muğan da Bakıya köçür
Son dövrlərdə Salyan Olimpiya Kompleksinin Stadionunda yenidənqurma işləri getdiyindən “Muğan” qış fasiləsindən sonrakı ev oyunlarını Bakıdakı stadionların birində keçirəcək. Azerisport.az xəbər verir ki, bu haqda məlumatı Salyan klubunun rəsmi saytı yayıb.
Salyan Olimpiya Kompleksinin Stadionunda torpaq və ot örtüyünün bərpası və digər işlərin aparılması gözlənilir. Həmin müddət ərzində “Muğan”ın ev oyunlarını hansı arenada keçirəcəyi isə maraqla gözlənilir.
