27 yanvar 2011 01:03

Emin Ağayev: O, Rusiyanın güclü klublarından birində oynaya bilər

Azərbaycan yığmasının sabiq üzvü Emin Ağayev azerisport.az saytına müsahibəsində yeni təyin olunduğu “Anji”dəki vəzifəsi, planları və azərbaycanlı futbolçu Emin Mahmudovdan danışıb.
 
- Sizi “Anji”də işləməyə kim dəvət etdi?
- Təyinat hələ gerçəkləşməyib. Hər şey mənim “Volqa”dan gedişimdən sonra başladı. Məni “Anji”yə dəvət etdilər. Yəqin bilirsiz ki, hazırda klubda yeni rəhbərlik formalaşmaqdadı. Mənsə indi Moskvadayam və öz işlərimi yoluna qoymaqdayam. Bundan sonra Mahaçqala klubuyla danışıqlara gedəcəm. Onlar məni işləməyə dəvət ediblər, amma vəzifəm hələlik məlum deyil. Ola bilər ki, komandanın rəisi olum və ya başqa bir vəzifə versinlər. Həftənin sonuna kimi zəng gözləyirəm ki, “Anji”nin prezidenti ilə görüşüm.

- Yəqin bilirsiz ki, “Anji”də hazırda iki azərbaycanlı var?
- Mən “Anji”nin nəticələrini izləyirdim. Orda Mahir Şükürov çıxış edir ki, ilk mövsümündə özünü yaxşı tərəfdən göstərməyi bacardı. Vaqif Sadıqov işləyir ki, ona da böyük hörmətim var. Həmçinin Hacı Hacıyev də orda baş məşqçidi ki, onun böyük mütəxəssis olduğu məlumdu.
 
- “Volqa”da niyə qalmadınız?
- “Volqa” rəhbərliyi dərhal mənə bir neçə vəzifə təklif etdi. Onlar məni ikinci və ya oynayan məşqçi kimi saxlamaq istəyirdilər. Sağ olsunlar ki, mənim üçün hər şeyin ən yaxşısını etməyə çalışırdılar. Ola bilər ki, nə vaxtsa “Volqa”ya başqa vəzifədə işləməyə gedərəm. Amma “Anji”nin təklifi mənim üçün daha maraqlı oldu. Burda Hacı Hacıyevlə birgə işləmək imkanım olacaq. Bu klub həm də mənim Rusiyadakı ilk komandam olub. Həm də “Anji” Premyer Liqada mübarizə aparır ki, bunun özü də tam ayrı səviyyədi.
 
- Azərbaycandan da təklif almışdız?
- Mən tez-tez telefonla agent kimi Azərbaycanla danışıram. Futbolçulara Rusiyada oynamağa kömək edirəm. Hazırda bir neçə futbolçu Rusiyanın ikinci liqasının klublarıyla danışıqlar aparırlar. Son yoxlama matçının ardından bizim futbolçulara maraq artıb. “İnter”in “Birlik Kuboku”ndakı qələbəsi də komandalarımıza, futbolçularımıza marağı artırır. Hələlik həmin futbolçuların adlarını çəkməyəcəm. Ancaq “Ximki”, “Krasnodar” kimi klublar futbolçularımızın xidmətində maraqlıdı.
 
- Bizim çempionatda çoxlu pullar oynayır, onlar Rusiyanın ikinci liqasına gələrmi?
- Mənim bildiyim qədərilə, Rusiyanın ikinci liqasında mübarizə aparan klublardan bəziləri çox yaxşı maliyyə imkanlarına malikdi. İkincisi, mən maliyyə məsələlərinə qarışmıram. Başlıcası odu ki, baş məşqçi futbolçunu bəyənsin. Əgər onlar həmin futbolçunu komandalarında görmək istəyirlərsə, sifariş edirlər. Pulla bağlı suallarını da özləri həll edirlər.
 
- Rusiya Premyer Liqasında oynaya biləcək azərbaycanlı futbolçular var?
- Əlbəttə var. Məsələn, Mahir Şükürov “Anji”də özünü çox yaxşı göstərdi. Digər tərəfdən oyunçular dözümlü olmalıdılar. Rusiya klublarında gənc futbolçuları dəvət edirlər və onlara özlərini göstərmək üçün kifayət qədər vaxt verirlər. Emin Mahmudov öncə əvəzedici komandada oynaya-oynaya başladığı halda, indi Premyer Liqa klublarının maraq dairəsindədi. Hətta əvəzedici komanda da olsa, oynamaq lazımdı ki, Premyer Liqa klublarının əsas heyətinə düşmək üçün özünü göstərə biləsən.
 
- Bəs Premyer Liqada çıxış etmək gücündə olanlardan kimi qeyd edərdiz?
- Rəşad Sadıqov mənim çox xoşuma gəlir. O, Azərbaycan yığmasının kapitanıdı və öz üzərində də çox işləyir. Düşünürəm ki, o, Rusiyanın güclü klublarından birində oynaya bilər. Vaqif Cavadov da pis deyil. Baxmayaraq ki, son vaxtlar az oynayır, xüsusilə Hollandiyada olduqdan sonra. Aydın məsələdi ki, futbolçu oynamırsa, formasını itirir. Heç kim ehtiyatda oturmaqla formada qala bilməz.

- Vaxtilə Aleksandr Əliyev, Aleksandr Səmədov Azərbaycan yığmasının gündəmində idi, indi də Emin Mahmudov. Sizin buna münasibətinizi bilmək istərdik.
- Aleksandr Səmədov Azərbaycanda özünə çox yaxşı karyera qura bilərdi. O, Rusiyanın gənclər yığmasında cəmi bir oyun keçirmişdi. Ancaq sonradan əsas komandaya dəvət almadı. Aydın məsələdi ki, Rusiyada əsas heyətə düşmək çətin məsələdi. Ondansa hər dəfə Azərbaycanda oynamaq daha yaxşıdı. Mənim bildiyimə görə Emini də “Saturn”dan ayrılandan sonra sizin klublardan hansısa almaq istəyib. Ancaq Mahmudov bundan imtina edib. Təbii ki, Moskva “Dinamo”sunda, “Spartak”ında çıxış etmək tam fərqlidi. Ancaq yığma seçimini Azərbaycanın lehinə etməlidi. Yenə də deyirəm, Rusiya yığmasına düşmək çox çətindi. Amma Berti Foqtsun rəhbərliyi altında Azərbaycan yığmasında çıxış etmək mümkündü. Aleksandr Əliyev Karlos Alberto Torresin vaxtında imtina etmişdi. Ancaq Mahmudov indi o səhvi təkrarlamamalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.