28 yanvar 2011 00:30
Türkiyə kubokunda qrup mərhələsinə yekun vuruldu (YENİLƏNİB)
Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma keçirilib.
A qrupunda “Denizlispor”la “Antalyaspor”un heç nəyə yaramayan duelində sülh qeydə alınıb. Qrupun digər görüşündə isə “Gaziantepspor” “Şekerspor” üzərindəki qələbə sayəsində “Galatasaray”ı qabaqlayaraq, növbəti mərhələyə qrup lideri kimi adlayıb.
B qrupunda daha maraqlı olaylar yaşanıb. “Ölüm qrupu”nda son görüş “Beşiktaş”la “Trabzonspor” arasında baş tutub ki, “qara qartallar” qələbə qazanmaqla, rəqibinə ikiqat zərbə vurmuş olub. Çünki günün digər oyununda da səfərdə “Manisaspor”a qalib gələn “Gaziantep BB” sürpriz şəkildə “Trabzonspor”u qabaqlayaraq, növbəti mərhələyə yüksəlib.
D qrupunda da “Kasımpaşa” son çempion “Bursaspor”u məğlub etməklə, növbəti mərhələyə maksimum nəticəylə ayrılıb. “Karşıyaka”nın “Kırıkhanspor” üzərindəki qələbəsi isə heç nəyə yaramayıb.
Son oyun günündə isə iki görüş baş tutub. Kubokdakı mübarizəni hələ ötən tur dayandıran "Fenerbahçe" bu dəfə ilk qələbəsini rəsmiləşdirsə də, bu heç nəyə yaramayıb. Hətta bu komandaya məğlub olan "Genclerbirligi" qrup liderliyini qorumağı bacarıb. Elə digər oyun da heç bir əhəmiyyət kəsb etmədiyindən qolsuz tamamlanıb.
Türkiyə kuboku
Qrup mərhələsi
26 yanvar
A qrupu
Denizlispor - Antalyaspor – 2:2
Gaziantepspor – Şekerspor – 2:0
| 1 | Gaziantepspor | 4 | 3 | 1 | 0 | 7 | - | 2 | 10 |
| 2 | Galatasaray | 4 | 2 | 2 | 0 | 7 | - | 3 | 8 |
| 3 | Sekerspor | 4 | 1 | 1 | 2 | 4 | - | 7 | 4 |
| 4 | Antalyaspor | 4 | 0 | 3 | 1 | 4 | - | 6 | 3 |
| 5 | Denizlispor | 4 | 0 | 1 | 3 | 4 | - | 8 | 1 |
B qrupu
Beşiktaş – Trabzonspor – 2:1
Manisaspor - Gaziantep BB – 1:2
| 1 | Besiktas | 4 | 3 | 0 | 1 | 8 | - | 6 | 9 |
| 2 | Gaziantep BB | 4 | 2 | 2 | 0 | 7 | - | 5 | 8 |
| 3 | Trabzonspor | 4 | 2 | 1 | 1 | 9 | - | 6 | 7 |
| 4 | Konya Sekerspor | 4 | 1 | 1 | 2 | 7 | - | 9 | 4 |
| 5 | Manisaspor | 4 | 0 | 0 | 4 | 5 | - | 10 | 0 |
D qrupu
Kasımpaşa – Bursaspor – 3:1
Kırıkhanspor – Karşıyaka – 2:5
| 1 | Kasimpasa | 4 | 4 | 0 | 0 | 9 | - | 2 | 12 |
| 2 | Istanbul BB | 4 | 3 | 0 | 1 | 4 | - | 3 | 9 |
| 3 | Bursaspor | 4 | 1 | 1 | 2 | 4 | - | 5 | 4 |
| 4 | Karsiyaka | 4 | 1 | 0 | 3 | 5 | - | 6 | 3 |
| 5 | Kirikhanspor | 4 | 0 | 1 | 3 | 3 | - | 9 | 1 |
27 yanvar
C qrupu
Fenerbahçe - Genclerbirligi - 2:1
Yeni Malatyaspor - Ankaragücü - 0:0
| 1 | Genclerbirligi | 4 | 2 | 1 | 1 | 6 | - | 4 | 7 |
| 2 | Bucaspor | 4 | 2 | 1 | 1 | 7 | - | 6 | 7 |
| 3 | Ankaragucu | 4 | 1 | 3 | 0 | 6 | - | 4 | 6 |
| 4 | Yeni Malatyaspor | 4 | 1 | 1 | 2 | 3 | - | 5 | 4 |
| 5 | Fenerbahce | 4 | 1 | 0 | 3 | 7 | - | 10 | 3 |
