27 yanvar 2011 13:14
Jaba Neftçi`yə lazım deyil
“Nefçti” rəhbərliyi hələlik yeni transferlərini həyata keçirməsə də, məlum olduğu kimi, komandanın qapıçı və dayaq yarımmüdafiəçisi mövqeyinə iki yeni oyunçu gətirilməsi gözlənilir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi hələlik rəsmi ad çəkməsə də, artıq “Bakı”nın Türiyədəki təlim məşq toplanışından kənarda qalan Jaba və Roşanın, eləcə də Türkiyənin “Kartalspor” klubunda top qovan qapıçı Vitali Kovalyovun paytaxt təmsilçisinə keçəcəyi haqda söhbətlər yayılıb.
Lakin klub rəhbərliyindən bu şayiələrə münasibət öyrəndikdə məlum oldu ki, “ağ-qaralar” heç də bu futbolçuların xidmətində maraqlı deyil. Aldığımız məlumata görə “Neftçi”nin yeni transferləri yaxın günlərdə klubun düşərgəsinə gəlməlidi. Yayılan şayiələr isə sadəcə sözügedən futbolçuların və onların menecerlərinin öz problemlərini yoluna qoymaq üçün istifadə etdiyi bir vasitədi.
