27 yanvar 2011 13:22
Xəzər Lənkəran`ın növbəti rəqibi müəyyənləşdi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” sabah daha bir yoxlama matçında qüvvəsini sınamağa hazırlaşır. Azerisport.az xəbər verir ki, hələlik cənub təmsilçisinin rəqibinin kimliyi haqda rəsmi məlumat verilməsə də, məlum olub ki, Mirça Rednikin yetirmələri Ukraynanın birinci divizion təmsilçisi “Chernomorets”lə görüşəcək.
Hər halda Ukrayna mətbuatının iddiasında belə bildirilir. Odessa təmsilçisinin baş məşqçisi Roman Qriqorçukun sözlərinə görə, “Xəzər Lənkəran”la oyunda onlar heç də lazımı oyun təcrübəsi qazana bilməyən futbolçularına şans verəcəklər.
