27 yanvar 2011 00:29
Neftçi 4 futbolçusuyla vidalaşdı
Antalyada təlim-məşq toplanışı keçən "Neftçi"nun 4 üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə yola düşüb. Azerisport.az xəbər verir ki, Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə adıçəkilən şəhərdə hazırlıq prosesi keçəcək Azərbaycan milli komandasının düşərgəsinə qoşulacaqlar.
Qeyd edək ki, onlar yığmanın təlim-məşq toplanışında iştirak etməklə yanaşı, yoldaşlıq görüşlərində də qüvvələrini sınayacaqlar.
