27 yanvar 2011 13:32
Beşiktaş`ın və Türkiyə millisinin üzvü mövsümü qapadı
Dünən Türkiyə kuboku çərçivəsində “Trabzonspor” ilə doğma meydandan keçirilən qarşılaşmada qələbəyə (2:1) sevinən “Beşiktaş”, eyni zamanda da bir qara xəbərlər sarsılıb. Azerisport.az xəbər verir ki, matçın gedişində ciddi zədə alan müdafiəçi Ersan Adem Gülümün mövsümü qapadığı bildirilir.
Türkiyə millisinin də şərəfini qoruyan Ersanın sol dizinin çapraz bağları qırıldığından gələn həftə əməliyyat olunacaq. Bu əməliyyat isə onun bir də gələn mövsüm sıraya dönməsinə imkan verəcək.
