27 yanvar 2011 13:40
Toni Adamsın həsrətinə son
"Qəbələ"nin baxışa dəvət etdiyi afrikalı futbolçular nəhayət ki, komandanın düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, xeyli vaxt idi viza problemləri səbəbindən Türkiyəyə gələ bilməyən üç "qara qitə" təmsilçisi Antalyaya təşrif buyurub.
Baş məşqçi Toni Adamsın sınaqdan keçirdiyi futbolçulardan ikisi - Arokoyo Qbenqa və Kpakor Kevin Oriman nigeriyalı, digəri - Medjo Ntye isə kamerunludu. Müdafiəçi, yarımmüdafiəçi və hücumçu olan bu futbolçular barədə yekun qərar yaxın günlərdə veriləcək.
