27 yanvar 2011 00:17
Yuri Bakalov: Neftçi yaxşı təşkilatlanıb
Ukraynanın "Arsenal" klubunun baş məşqçisi Yuri Bakalov “Neftçi” ilə oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, rəhbərlik etdiyi kollektivin flaqmana 1:2 hesabı ilə uduzduğu görüşdən sonra Bakalov "Neftçi"nin güclü olduğunu vurğulayıb:
"Bu gün iki fərqli hissə izlədik. Birinci hissədə "Neftçi" daha çox hücumda olurdusa, fasilədən sonra təzyiqi artırıb, tədricən mübarizəni bərabərləşdirdik. Hətta buraxılan qollardan birinin əvəzini də çıxa bildik. Etiraf edək ki, "Neftçi" güclü klubdu. Komanda yaxşı təşkilatlanıb, texnikalı, sürətli oyun nümayiş etdirir. Amma nəzərə almaq lazımdır ki, indi biz hazırlığın müxtəlif mərhələlərindəyik. Əgər "Neftçi" əsas hazırlıq mərhələsindədirsə, bu, bizim ilk təlim-məşq toplanışımızdı. Hər halda, maraqlı oyun oldu. "Neftçi"yə qarşıdakı yarışlarda uğurlar arzulayıram".
