27 yanvar 2011 14:33
Azərbaycan yığması 2011-ci ildə ilk dəfə bir arada
Azərbaycanın futbol üzrə əsas yığma komandası 2011-ci ildə ilk təlim-məşq toplanışına başlayıb. Azerisport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan toplanış bu gündən etibarən fevralın 10-dək davam edəcək.
Qeyd edək ki, sonuncu dəfə noyabrda bir araya gələn Berti Foqtsun komandası qarşıdakı hazırlıq prosesi çərçivəsində Ukraynanın “Metallist” klubuyla yoldaşlıq görüşü keçirəcək. FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu 9 fevral tarixində isə komandamız Macarıstanla yoldaşlıq görüşündə münasibətlərini ayırd edəcək.
Sonda onu da xatırladaq ki, bu toplanış əsas yığmamızın AÇ-2012-nin seçmə mərhələsi çərçivəsindəki Belçika ilə martın 29-da keçiriləcək rəsmi oyununa hazırlıq xarakteri daşıyır. Artıq əksər milli üzvləri Türkiyədə təlim-məşq toplanışında olan klublarının düşərgəsini tərk edərək Dubaya yollanıb. Bəzi yığma üzvləri isə (Rusiya və Türkiyə çempionatında çıxış edən Mahir Şükürov və Rəşad Sadıqov) toplanışa bir qədər gec qoşulacaq.
Maraq üçün qeyd edək ki, baş məşqçi Berti Foqts əsas komandamızın düşərgəsinə aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Abşeron).
Qapıçılar: Kamran Ağayev (Xəzər Lənkəran), Aqil Məmmədov (Bakı), Andrey Popoviç (Abşeron).
Müdafiəçilər: Rəşad Sadıqov (Eskişehirspor, Türkiyə), Saşa Yunisoğlu (Qəbələ), Vladimir Levin (İnter), Vurğun Hüseynov (Turan), Rail Məlikov, Ruslan Abışov (hər ikisi “Neftçi”), Maksim Medvedev, Samir Abasov (hər ikisi “Qarabağ”), Elnur Allahverdiyev – (Xəzər Lənkəran).
Yarımmüdafiəçilər: Əziz Quliyev, Fabio Luis Ramin (Bakı), Samir Zərgərov (Gəncə), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi “Neftçi”), Rahid Əmirquliyev (Xəzər Lənkəran), Aleksandr Çertoqanov (İnter), Mahir Şükürov (Anji, Rusiya), Elnur Abdullayev (Muğan), Elvin Məmmədov (Qarabağ), Arif İsayev (Qəbələ).
Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (Bakı), Murad Hüseynov (Qəbələ).
