27 yanvar 2011 14:48
Səhər məşq, günorta gəzinti
Premyer Liqanın qalan dövrünə Türkiyənin Antalyada şəhərində hazırlaşan "Neftçi" məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, dünən yoxlama matçında Ukrayna "Arsenal"ı üzərindəki qələbənin ardından "ağ-qaralar" bu gün səhər ilk məşqə çıxıblar.
Məşq əsasən fiziki hazırlıqdan ibarət olub. Oyunçular "Polor saatları" ilə 50 dəqiqə qaçıblar. Həmin müddət ərzində qapıçılar ayrıca tapşırıqlar üzərində çalışıblar. Ardından məşq fitnes zalında davam etdirilib. Yığmanın heyətinə yollanan Rail Məlikov, Ruslan Abışov, Cavid Hüseynov və Amit Quluzadə istisna olmaqla, hazırlıqda bütün futbolçular iştirak ediblər.
Bugünkü qrafikə əsasən, komanda üzvlərinə nahardan sonra istirahət verilib və onlar Antalyanın mərkəzinə gəzintiyə gedəcəklər.
Qeyd edək ki, yanvarın 24-də start götürən təlim-məşq toplanışı fevralın 4-də başa çatacaq.
