27 yanvar 2011 02:51
İspaniya kubokunda hər şey Real – Barcelona finalına doğru
İspaniya kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, “Real” səfərdə “Sevilla” ilə qarşılaşıb və çətin səfərdən minimal hesablı qələbəylə dönməklə, cavab matçı öncəsi böyük üstünlük əldə edib.
Digər yarımfinal cütündə isə artıq hər şeyin həll olunduğunu əminliklə söyləmək olar. Çünki “Barcelona” doğma meydanda “Almeria”nın qapısından 5 cavabsız top keçirdi ki, cavab görüşündə kataloniyalıların bu üstünlüyünü əldən verəcəyi heç inandırıcı görünmür.
İspaniya kuboku
Yarımfinal (ilk oyunlar)
26 yanvar
Sevilla – Real – 0:1
Barcelona – Almeria – 5:0
