27 yanvar 2011 14:54
Simurq Rəvan`la qarşılaşacaq
Premyer Liqanın digər klubları kimi, Zaqatalanın “Simurq” klubu da çempionatın qalan hissəsinə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Qyoko Haciyevskinin komandası sınaq matçlarında qüvvəsini sınamağı da unutmur.
Belə oyunlardan biri yanvarın 29-da, birinci divizion təmsilçisi “Rəvan”la baş tutacaq. Qeyd edək ki, “Simurq”un heyətində xeyli yeniliklər var və baş məşqçinin məhz yeni futbolçulara şans verəcəyi gözlənilir.
