27 yanvar 2011 15:23

Rəşad Abdullayev: Daha güclü rəqiblərlə oynamalıyıq

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində Türkiyənin Antalya şəhərindəki hazırlıq prosesini dəyərləndirib.
 
- Türkiyədəki ilk toplanış zamanı zədə səbəbindən mən yalnız iki məşqdə iştirak edə bilmişdim. Demək olar ki, hazırlığı buraxmalı oldum. Ancaq düşünmürəm ki, bu, fiziki kondisiyalarımı tam itirməyimə səbəb olub. Sadəcə, indi daha çox işləməliyəm ki, gücümü itirməyim.

- Sizin son oyunda 45 dəqiqə meydanda olmağınız hələ bütün oyunboyu mübarizə aparmağa hazır olmadığınıza işarədi?
- Əlbəttə. Az məşq etmişdim və bu üzdən belə az oynamalı oldum. Növbəti oyunda bir az da artıq oynaya biləcəm. Bir sözlə, gündən-günə artıracam.
 
- Ancaq sizə qol vurmaq və ukraynalıları daha bir neçə təhlükəli zərbəylə həyəcanlandırmaq imkanınız oldu...
- Mən özüm də hiss edirəm ki, hələ əvvəlki kimi çıxış edə bilmirəm. Düşünürəm ki, 2-3 oyuna hər şey qaydasına düşəcək.
 
- Sizin cinahınızda Ruslan Əmircanov da forma geydi. Hansı ki, öncə transferə çıxarılsa da, sonradan komandada saxlanıldı. Siz arxanızda onun və ya Rail Məlikovun çıxış etməsində hansısa fərq hiss edirsiz?
- Rail, təbii ki, əsas heyət oyunçusudu, Ruslan da pis futbolçu deyil. Hazırda bizim komandada elə ona çalışırlar ki, hər mövqedə iki eyni səviyyəli futbolçu olsun.
 
- “Arsenal” kimi komandalarla oyunlarda qələbə sizin üçün nə dərəcədə vacibdi?
- Birincisi, hər birimizə oyun təcrübəsi lazımdı. İkincisi, bu oyunlarda sən öz gücünü göstərə bilirsən. Ancaq nəticə o qədər də vacib əhəmiyyət daşımır. Düşünürəm ki, “Arsenal” bizim çempionatda oynasaydı, ilk altılığa düşə bilərdi. Bizə belə oyunlar lazımdı. Hətta daha güclü rəqiblərlə oynamalıyıq. Bundan biz ancaq fayda götürə bilərik.
 
- Bəs “Neftçi” özü bu gün idealdan çoxmu uzaqdı?
- İndiki durumda nəsə söyləmək olmaz. Hər şeyi təlim-məşq toplanışımızın sonu və çempionatdakı ilk oyunumuz göstərəcək.
 
- “Mardan” İdman Kompleksi darıxdırıcı deyil ki?
- Bu, bizim işimizdi, gəlmişik ki, hazırlaşaq. Çox futbolçu belə toplanışları sevmir. Amma forma yığmaq, güclənmək və Premyer Liqanın oyunlarına yaxşı hazırlıq keçmək üçün bu toplanışlar çox vacibdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.