27 yanvar 2011 20:49
AZAL ilk qələbəsini Volın üzərində qazandı (YENİLƏNİB)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən AZAL bu gün növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Nazim Süleymanovun yetirmələrinin bu dəfəki rəqibi Ukraynanın “Volın” klubu olub.
Qarşılaşmada 2:1 hesabıyla üstün olan paytaxt təmsilçisi Türkiyədəki hazırlıq prosesində ilk qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, bu, AZAL-ın qardaş ölkədəki üçüncü sınaq matçı idi. “Təyyarəçilər” Antalyadakı ilk görüşündə Ukraynanın “Zarya” klubuna 0:2 hesabıyla məğlub olmuş, Qazaxıstanın “Vostok” klubu iləsə bərabərə qalmışdılar – 1:1.
Yoldaşlıq oyunu
27 yanvar
19:00. AZAL – VOLIN - 2:1 (1:0)
Komandamız 39-cu dəqiqədə hesabı açıb
55-ci dəqiqədə ukraynalılar hesabı bərabərləşdirirlər
77-ci dəqiqədə AZAL yenidən hesabda önə keçir
