27 yanvar 2011 16:08
Boştina XL-dan imtinasının səbəbini açıqladı
Rumıniyanın “Universitatea” klubunun oyunçusu Qabi Boştina “Xəzər Lənkəran”a gəlmək istəməməsinin səbəbini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rumıniya mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Mənim üçün Azərbaycan klubundan təklif almaq çox xoş idi. Çünki hər futbolçu mən yaşda belə təkliflər almır. Lakin mən öz karyeramı məhz burda – Rumıniyada başa vurmaq istədiyimdən, qalmağa qərar verdim”.
Qeyd edək ki, “Universitatea” klubunun kapitanı olan təcrübəli yarımmüdafiəçinin 33 yaşı var.
