27 yanvar 2011 16:35

Mirça Rednik: Sanki bütün Lənkəran stadionda olur

“Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Rednik müsahibəsində ölkəmizdəki fəaliyyətindən, rəhbərlik etdiyi komandadakı durumundan bəhs edib. Azerisport.az həmin müsahibəni təqdim edir.
 
- Sizin gəldiyinizdən bəri çıxış edən “Xəzər Lənkəran”la sizdən əvvəlki arasında nə kimi fərqlər var?
- Komanda mənim götürdüyümdən bəri 80 faiz dəyişib. Mən komandaya gələndə, futbolçuları tanımırdım. Onların yarısı digər klublara keçdi. Mənsə, 10 gün ərzində onların komandaya uyğunlaşmasını təmin etməliydim.
 
- Azərbaycandakı həyatınız necədi?
- Başlanğıcda mənim üçün heç də asan olmadı. Çünki tez-tez Bakıya gəlib, Lənkərana qayıtmalı olursan. Yollar da demək olar ki, elə Rumıniyadakı kimidi.
 
- Azərbaycan futbolunun Rumıniyadan uzaq olduğunu deyirlər...
- Peşəkarlıq, maliyyə şərtləri baxımdan XL əksər Rumıniya klublarından fərqlənir. Söbət futbola böyük pullar qoyan və bunu etməkdə davam edən klubdan gedir. Buradakı insanlar futbolun inkişafı üçün hər cür fədakarlığa hazırdırlar. Əgər çempionatda qələbə qazansaq, onda avrokuboklar üçün daha ciddi komanda yaratmalı olacağıq. Onlar son 10 ildə futbola böyük pullar qoymağa başlayıblar və yəqin ki, yaxın gələcəkdə bunun bəhrəsini görəcəklər.
 
- Lənkəran klubunda pulla bağlı probleminiz olub?
- Heç vaxt. Burda bütün məvaciblər, mükafatlar vaxtında verilir. Futbolçularımız Rumıniyadakından 5 dəfə çox qazanır.
 
- Komandanıza 8 rumıniyalı futbolçu aparmısız. Çox deyil?
- Ümumiyyətlə, komandada legionerlər çoxdu. Düzdü, əksəri rumınlardı. Ancaq mən daha çox elə futbolçuları gətirməyi üstünlük verirəm ki, onlarla əvvəl birgə işləmişəm, nəyə qadir olduqlarını yaxşı bilirəm.
 
- Rumıniyadan daha hansı futbolçuları sərəncamınızda görmək istərdiniz?
- Marius Nikulae, Andrea Kristya, N`Doye və daha bir neçə futbolçu var ki, onları komandamda görmək istərdim. Biz onlara yaxşı pul da təklif etdik, ancaq imtina etdilər.

- N’Doye kimi gecə həyatına görə daha çox fərqlənən futbolçu ilə işləməkdən qorxmursuz?
- O, nə itirdiyini bilmir. Məsələn, çox yüksək məvacibi. O, Bakı kimi gözəl şəhəri görməkdən məhrum oldu, hansı ki, gözəl qızları da çoxdu. Ancaq nə etmək olar ki, o, daha çox Buxarestin gecə həyatını xoşlayır.
 
- Lənkəranda stadionundakı atmosfer necədi?
- Biz hər oyunda dolu tribunalar qarşısında oynayırıq. Bu, fantastik atmosferdi, sanki bütün şəhər stadiondadı. Hətta Bakıdan da gəlirlər ki, bizə azarkeşlik etsinlər. Futbolçularımız üçün də dolu tribunalar qarşısında oynamaq çox xoşdu. Çox yaxşı rəhbərliyimiz var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.