27 yanvar 2011 16:28
Flavinyo: Xəzər Lənkəran`la matça tam hazır olacağam
"Neftçi"nin futbolçusu Flavinyo Premyer Liqanın "Muğan"la görüşündə ayağı sınandan bəri artıq 2 ay idi ki, futbol oynaya bilmirdi. Lakin azerisport.az xəbər verir ki, o, uzun fasilədən sonra dünən Antalyada Ukrayna "Arsenal"ı ilə matçda meydana çıxdı. Flavinyo klubun rəsmi saytına açıqlamasında hələlik fiziki cəhətdən çətinlik çəkdiyini söyləyib:
"Özümü yaxşı hiss edirəm. Düzdür, dünən keçirilən yoxlama matçında az oynadım. Buna baxmayaraq, mənim üçün yaxşı oldu. Növbəti qarşılaşmalarda daha çox oynamağa hazıram. İki aya yaxın məşq edə bilmədiyimdən, əzələlərim boşalmışdı. Artıq 20 gündü məşqlərə başlamışam. Günü-gündən fiziki cəhətdən irəliləyiş hiss edirəm".
Braziliyalı futbolçu bildirib ki, fevralın 13-də Premyer Liqanın 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"la oyuna qədər formaya düşəcək: "Xəzər Lənkəran"la matça tam hazır olacağam. Bu görüş bizim üçün çox əhəmiyyətlidi. Demək olar, bütün ölkədə bu oyun barəsində danışırlar. Mənə elə gəlir ki, Bakıda qələbə qazanmaq şansımız böyükdür. İlk matçda da qalib gələ bilərdik. Rəqibin cəmi bir şansı oldu, onu da qola çevirdi. Amma bu dəfə onlar üçün tam fərqli olacaq".
