27 yanvar 2011 17:42
Sxadadze ilə Qurbanov Qəbələ`nin oyununda
“Qəbələ”nin bu gün Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Ukrayna klubuna qarşı keçirdiyi sınaq matçını Premyer Liqamızın iştirakçılarından olan “Qarabağ” və “İnter”in nümayəndələri də izləyir. Azerisport.az xəbər verir ki, “bankirlər”in baş məşqçisi Kaxaber Sxadadze ilə yanaşı Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov da Toni Adamsın komandasını iş başında izləyir.
