27 yanvar 2011 17:56
Millinin Latviya və Ukrayna oyunlar üçün heyəti açıqlandı
Məlum olduğu kimi, fevralın 5-dən 8-dək paytaxtımızda IV Bakı Beynəlxalq Futzal Turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirə hazırlıq məqsədilə yanvarın 28-dən etibarən Bakıda futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq.
Toplanışa adları aşağıda göstərilmiş futzalçılar dəvət olunub:
Andrey Tveryankin, Marat Salyanski, Rizvan Fərzəliyev, Vitali Borisov, Felipe Ribeyro, Namiq Məmmədkərimov, Elnur Qəmbərov (hamısı “Araz”), Elnur Zamanov, Fərid Atakişiyev, Zaur Fərziyev, Seymur Məmmədov, Taleh Ağayev (hamısı “Ekol”), Rüfət Balakişiyev, Elvin Quliyev (hər ikisi “Neftçi” İSM), Dos Santos Maşado, Serjio Luis (hər ikisi “Uraqan”, Ukrayna), Tyaqo Rodriqes (“Yarmuk”, Küveyt).
Qeyd edək ki, Dos Santos Maşado və Serjio Luis təlim-məşq toplanışında fevral 2-dən etibarən iştirak edəcəklər.
IV Bakı Beynəlxalq Futzal Turnirinin təqvimi isə belədi:
5 fevral
Saat 16:00. Ukrayna – Latviya
Saat 18:00. Azərbaycan – Özbəkistan
6 fevral
Saat 16:00. Özbəkistan – Ukrayna
Saat 18:00. Latviya – Azərbaycan
8 fevral
Saat 18:00. Latviya – Özbəkistan
Saat 20:15. Ukrayna – Azərbaycan
