27 yanvar 2011 18:37
Qarabağ üçün Gaz Metan
“Qarabağ” Antalyadakı təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, toplanışın 19-cu günü tək çalışmayla keçib.
Dünən yoxlama oyununa çıxan komanda bu gün yerli vaxtla 10:30-da məşqə çıxıb. 1 saat 40 dəqiqə davam edən məşq toplu çalışmalar üzərində baş tutub. Lakin bu dəfəki məşq prosesi milli komandalara gedən 9 futbolçusuz gerçəkləşib. Düşərgədə olan digər bütün futbolçular isə məşqdə çıxış ediblər. Zədəli və xəstə futbolçuların olmaması texniki heyəti sevindirir.
Xatırladaq ki, “Qarabağ” növbəti yoxlama oyununa yanvarın 30-da çıxacaq. Qurban Qurbanovun komandasının rəqibi Ruminiya təmsilçisi “Gaz Metan” olacaq.
